Xəbər lenti

Putin peyvənd olunacağı tarixi açıqladı
Dünya14:15 22.03.2021

Putin peyvənd olunacağı tarixi açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Prezidenti Vladimir Putin 23 mart tarixində peyvənd olunacağını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Putin bu barədə peyvəndlənmə ilə bağlı baş tutan iclasda açıqlama verib.
"Vaksinasiya - əlbəttə ki, hər insanın könüllü seçimidir, hər kəsin şəxsi qərarıdır. Yeri gəlmişkən, mən özüm bunu sabah etmək niyyətindəyəm”,- deyə o vurğulayıb.
Putin hansı peyvəndi vurduracağını açıqlamasa da, mətbuat katibi Dmitri Peskov "RİA Novosti”yə açıqlamasında bunun 3 yerli peyvənddən biri olacağını bildirib.
Qeyd edək ki, hazırda Rusiyada müxtəlif sınaq mərhələlərində olan 3 peyvənd istehsal edilir :"Sputnik V”, "EpiVacCorona” və "KoviVak”.