Xəbər lenti

Putin Polşa səfirini “yaramaz, antisemitizm donuzu” adlandırdı
Dünya13:57 24.12.2019

Putin Polşa səfirini “yaramaz, antisemitizm donuzu” adlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Prezidenti Vladimir Putin Polşanın 1930-cu illərdə Almaniyada səfiri olmuş Jozef Lipski haqda çox sərt sözlər işlədib.
Qaynarinfo mk.ru-ya istinadla xəbər verir ki, Rusiya lideri diplomatın Adolf Hitlerə abidə ucaltmaq vədi ilə bağlı xüsusi qəzəbini dilə gətirib. Jozef bu fikirlərini nasist Almaniyası liderinin yəhudiləri Afrikaya göndərmək planına cavab olaraq deyib. 
"Yaramaz, antisemitizm donuzu – onu başqa heç cür adlandırmaq mümkün deyil", - Putin Rusiya Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiyasında deyib.
Putin bu sözlərlə 40-cı illərdə Almaniyada Polşanın səfiri olmuş şəxsin gündəliyinə yazdığı girişə reaksiya verib.
Alpər