Xəbər lenti

Putin: "Polşa Ukraynaya verilən torpaqları geri qaytarmaq istəyir"
Dünya12:30 19.12.2023

Putin: "Polşa Ukraynaya verilən torpaqları geri qaytarmaq istəyir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Polşa II Dünya müharibəsindən sonra Ukraynaya verilən torpaqlarını necə qaytarmaq arzusundadır".
Qaynarinfo xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin geniş kollegiya iclasında deyib. 
Rusiya rəhbəri bildirib ki, Rusiya SSRİ-ni yaradaraq, sadəcə olaraq, əhali ilə bərabər geniş tarixi əraziləri də Ukraynaya verib və bu ərazilərə böyük vəsaitlər yatırıb. Eyni zamanda, ukraynalılar Qərb torpaqlarını, o cümlədən Polşa, Rumıniya və Macarıstan torpaqlarının bir hissəsini II Dünya müharibəsindən sonra alıblar.
"Və orada yaşayan insanlar (Ukraynanın qərbində-red.) öz tarixi vətənlərinə qayıtmaq istəyirlər. Və bu əraziləri itirmiş ölkələr - ilk növbədə Polşa onu geri qaytarmaq arzusundadır", deyə Putin bildirib.
O əlavə edib ki, bu mənada yalnız Rusiya Ukraynanın "suverenliyi və ərazi bütövlüyünün yeganə təminatçısı" ola bilər.
Aydın