Rusiya prezidenti Vladimir Putin vətəndaş cəmiyyətinin inkişafı və insan haqları üzrə prezident şurasının tərkibində dəyişiklik edib.
Qaynarinfo "İnterfaks”a istinadla xəbər verir ki, o, şuranın on üzvünü
dəyişdirib.
Bildirilir ki, hüquq müdafiəçiləri İqor Kalyapin və Nataliya Evdokimova, jurnalistlər Nikolay Svanidze, Yekaterina Vinokurova, Aleksandr Verxovski, İvan Zasurski, psixoloq Aleksandr Asmolov, istefada olan hakim Mariya Bolşakova və ictimai xadim Qalina Osokina şuradan çıxarılıb. Həmçinin 2022-ci ilin mayında dünyasını dəyişən hüquq müdafiəçisi Andrey Babuşkin də şuradan çıxarılıb.
Razılaşdırıldığı kimi Prezident Şurasına Yuliya Belexova (Moskva vilayətində Ümumrusiya Xalq Cəbhəsi regional icraiyyə komitəsinin rəhbəri), Yan Vlasov (Ümumrusiya Xəstələr İttifaqının həmsədri), Olqa Demiçeva (Doktor Lizanın Ədalətli Yardım Təşkilatının prezidenti), Nikolay İvanov (Rusiya Yazıçılar Birliyinin sədri), Vladimir İkonnikov (Saxalin vilayətinin İctimai Palatasının sədri), Aleksandr Kots ("Komsomolskaya Pravda”nın xüsusi müxbiri), Aleksey Melnikov (Moskva PMC-nin məsul katibi), Sergey Rukşin (Herzen adına Rusiya Dövlət Pedaqoji Universitetinin professoru), Yekaterina Smoroda (Ulyanovsk vilayətinin uşaq ombudsmanı), Yelena Şişkina (Azad Donbas Hərəkatı Rəyasət Heyətinin üzvü) daxil ediliblər.
Alpər