Xəbər lenti

Putin Qarabağdan danışacaq
Dünya09:11 04.06.2013

Putin Qarabağdan danışacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yekaterunburqda 31-ci Rusiya-Avropa İttifaqı (Aİ) plenar iclası başlayıb. 

Trend-in məlumatına görə, iclasda Rusiya nümayəndə heyətinə Prezident Vladimir Putin, Aİ tərəfdən isə Avropa Şurasının sədri Herman Van Rompey və Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu başçılıq edirlər.

İclas zamanı ikitərəfli münasibətlərlə yanaşı, Suriya məsələsi, Yaxın Şərq və Şimali Afrikadakı vəziyyət, İranın nüvə proqramı, Koreya yarımadasında durum, Dnestryani, Dağlıq Qarabağ münaqişəsi, Gürcüstan və Mərkəzi Asiyadakı vəziyyət müzakirə ediləcək.

Ənənəvi olaraq Rusiya-Aİ sammiti ildə iki dəfə keçirilir.

Qaynar.info