Xəbər lenti

Putin: Qərb bizimlə son ukraynalıya qədər vuruşmaq istəyir
Dünya08:43 08.07.2022

Putin: Qərb bizimlə son ukraynalıya qədər vuruşmaq istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu gün eşidirik ki, bizi döyüş meydanında məğlub etmək istəyirlər. Nə demək olar?! Qoy cəhd etsinlər. Biz dəfələrlə eşitmişik ki, Qərb bizimlə son ukraynalıya qədər vuruşmaq istəyir. Bu, Ukrayna xalqı üçün faciədir, lakin görünür, hər şey buna doğru gedir”.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.
O, vurğulayıb ki, Ukraynada müharibəni Rusiya başlamayıb. Bununla belə o, Rusiyanın sülh danışıqları üçün açıq olduğunu da bildirib.  Rusiya prezidenti deyib ki, münaqişə nə qədər uzansa, istənilən danışıqların perspektivləri də o qədər zəifləyəcək.
V.Putin qeyd edib ki, Qərbin sanksiyalarının çətinliklər yaratdığı aydındır, lakin o Rusiyaya qarşı iqtisadi təzyiq təşəbbüskarlarının heç də ümid etdikləri miqyasda deyil. "Hər kəs bilməlidir ki, biz hələ ciddi şəkildə heç nəyə başlamamışıq. Eyni zamanda, biz sülh danışıqlarını rədd etmirik. Amma onları rədd edənlər bilməlidirlər ki, o nə qədər uzansa, bizimlə danışıqlar aparmaq bir o qədər çətin olacaq”,- Putin deyib.
Ukrayna prezidentinin köməkçisi Mixayılo Podolyak bu həftə Twitter-də bildirib ki, Ukraynanın Moskva ilə danışıqları bərpa etmək şərtlərinə aşağıdakılar daxildir: "Atəşkəs. Z-qoşunlarının çıxarılması, qaçırılan vətəndaşların geri qaytarılması, hərbi cinayətkarların ekstradisiyası, təzminat mexanizmi və Ukraynanın suveren hüquqlarının tanınması”.
Nurlan Hüseynov