Xəbər lenti

Putin Qərbi Ukraynaya verdiyi yardıma görə III Dünya müharibəsi ilə hədələdi
Dünya08:46 18.03.2024

Putin Qərbi Ukraynaya verdiyi yardıma görə III Dünya müharibəsi ilə hədələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vladimir Putin bildirib ki, Rusiya ilə NATO arasında birbaşa münaqişə planetin III Dünya müharibəsindən bir addımlıqda olması demək olacaq.
Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.
"Hər kəsə aydındır ki, bu, tammiqyaslı III Dünya müharibəsinin bir addımlığında olması demək olacaq. Düşünürəm, çətin ki, kimsə bunda maraqlı olsun", - Putin prezident seçkilərdən sonra keçirdiyi mətbuat konfrasında deyib. 
Fransa prezidenti Emmanuel Makron bundan əvvəl bildirib ki, gələcəkdə Ukraynaya quru qoşunlarının yerləşdirilməsini istisna edə bilməz.
"Müasir dünyada hər şey mümkündür”, - Putin Makronun açıqlamaları, eləcə də Rusiya ilə NATO arasında münaqişənin riskləri və ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib. 
Putin əlavə edib ki, NATO qoşunları artıq Ukraynadadır.
Nizami Bağırov