"Rusiyada üsyan təşkil etməyə çalışırlar".
Qaynarinfo xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.
Putin silahlı üsyanla bağlı vəziyyəti ölkəyə, eyni zamanda, xalqa vurulan zərbə və satqınlıq adlandırıb:
"Hərbi üsyanı təşkil edən Rusiyaya xəyanət edib və buna görə cavab verəcək. Mən Rusiyanın prezidenti, Ali Baş Komandan və Rusiya vətəndaşı kimi ölkənin müdafiəsi üçün hər şeyi edəcəyəm, qətiyyətli addımlar atılacaq".
O, hərbi qiyamın təşkilatçılarının zərərsizləşdirilməsi üçün müvafiq əmr verildiyini bəyan edib.
Putin həmçinin "Vaqner” döyüşçülərinə müraciət edib. Dövlət başçısı onları kriminal fəaliyyətlərini dayandırmağa çağırıb və ölümcül səhvə yol verməmək barədə xəbərdarlıq edib.