Rusiya Prezidenti Vladimir Putin Sergey Brilyovun Rusiya 1-ə verdiyi müsahibəsində qızının koronavirusa qarşı eksperimental peyvənd vurdurduğunu deyib. Üstəlik o bunu atası ilə məsləhətləşmədən edib.
Qaynarinfo xəbər verir ki, Putin klinik və preklinik sınaqların heyvanlarda, sonra könüllülərdə aparıldığını vurğulayıb və deyib ki, peyvəndin zərərsiz olduğu artıq məlumdur. Bu peyvənddən sonra insanda, elə onun qızında olduğu kimi, antikorlar və sabit immunitet meydana gəlir.
Putin qeyd edib ki, peyvəndi ilk dəfə tətbiq etdikdən sonra qızının istiliyi 38,4-ə yüksəlib, sonra isə 37 dərəcəyə enib. Sonra hər şey keçib-gedib. 21 gündən sonra peyvəndi ikinci dəfə vurdurub, sonra temperaturu yenə bir qədər yüksəlib.
"O, xeyli adamla ünsiyyət qurur və təbii ki, normal işləmək üçün özünü təhlükəsizlikdə hiss etməlidir, - Rusiya lideri qızının hərəkətini əsaslandırıb. - Bu yaxınlarda onunla telefonda danışdım, özünü yaxşı hiss edir”.
Alpər