Xəbər lenti

Putin Qorbaçovun dəfnində iştirak etməyəcək (VİDEO)
Dünya14:27 01.09.2022

Putin Qorbaçovun dəfnində iştirak etməyəcək (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya lideri Vladimir Putin avqustun 30-da vəfat edən SSRİ-nin birinci prezidenti Mixail Qorbaçovla vida mərasimində iştirak edib. Yas mərasimi "Kremlevka” kimi tanınan Mərkəzi Klinik Xəstəxanada (TsKB) keçirilib.
Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, ölkənin hazırkı rəhbəri sonuncu sovet liderinin tabutu önünə gül dəstələri qoyub.
Prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putin sentyabrın 3-də baş tutacaq dəfn mərasiminin özündə iştirak edə bilməyəcək. Gərgin iş qrafiki dövlət başçısına bunu etməyə mane olacaq - Qorbaçovla vidalaşdıqdan sonra prezident Kalininqrada uçur, - Kreml nümayəndəsi izah edib.
Peskovun jurnalistlərə verdiyi məlumata görə, dəfn mərasiminin təşkilinə dövlət kömək edəcək və xüsusən də fəxri qarovul dəstəsi təşkil olunacaq.
Alpər