Xəbər lenti

Putin quldur Neparotova ölümündən sonra “İgidliyə görə” medalı verdi (FOTO)
Dünya09:08 04.09.2022

Putin quldur Neparotova ölümündən sonra “İgidliyə görə” medalı verdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva vilayətində fəaliyyət göstərən mütəşəkkil cinayətkar dəstənin rəhbəri, qətl və quldurluqda təqsirli bilinən İvan Neparatov Ukraynadakı müharibədə iştirakına görə Vladimir Putindən ölümündən sonra "İgidliyə görə” medalı alıb. 
Qaynarinfo xəbər verir ki, onun ölümü haqqında şəhadətnaməsi, həmçinin medalın fotoşəkilləri və mükafat haqqında fərmandan çıxarış "The Insider” tərəfindən aşkar edilib.
Neparatov avqustun 5-də Donetsk vilayətinin Artemovsk şəhərində öldürülüb. Ölümün səbəbi "baş nahiyəsində güllə yarası" olub. "İgidliyə görə” medalı ilə yanaşı, o, "LDNR” adlanan qurumun rəhbərliyi tərəfindən ölümündən sonra "Qan və igidliyə görə” medalı və ordenləri ilə təltif edilib.
Müharibəyə göndərilənə qədər məhkum cəzasını Pskov vilayətinin Federal Penitensiar Xidmətinin ciddi rejimli koloniyasında çəkib, müddətinin sonuna kimi 13 il cəza çəkməli idi. "The Insider” və "Gulagu.net”in qeyd etdiyi kimi, 2000-ci illərdə həmin şəxs Moskva vilayətinin Sergiyev Posad rayonunda fəaliyyət göstərən dəstənin başçısı olub. 2013-cü ilin iyul ayında o, mütəşəkkil cinayətkar dəstəsinin üzvləri ilə birlikdə beş qətl, üç quldurluq, hədə-qorxu ilə tələb etmə, dələduzluq, qanunsuz silah saxlama və digər cinayətlərdə təqsirli bilinib. Neparatov 25 il həbs cəzası alıb və cəzanın müddəti yalnız 2038-ci ildə bitməli idi.
Rusiya koloniyalarında məhbuslar cəbhəyə, xüsusən də "Vaqner” özəl hərbi şirkətinə cəlb olunur. Məlumatlara görə, müharibəyə cəlb edilən dustaqların sayı 1500-dən çoxdur. Onlara ayda 200 min rubl, yaralananlara görə ödənişli xəstəlik məzuniyyəti, ölüm halında "ölüm pulu” və müharibədə 6 aylıq iştirakdan sonra prezident tərəfindən əfv vəd edilir.
Müharibəyə ilk növbədə, qətl və quldurluqda təqsirli bilinən şəxslər cəlb edilir, cinsi zorakılıq və "narkotik” maddələri ilə məhkum olunanların seçilməsinə icazə verilmir. Namizədlərin seçilməsində əsas meyar fiziki hazırlıqdır.
Nizami Bağırov