Xəbər lenti

Putin: "Mən Stalinin davamçısı deyiləm"
Dünya12:56 25.04.2013

Putin: "Mən Stalinin davamçısı deyiləm"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Canlı yayımda sualları cavablandıran Rusiya prezidenti Vladimir Putin özünü Stalinin davamçısı saymadığını bildirib.

Qaynar.info xəbər verir ki, "Exo Moskvı" radiosunun baş redaktoru Aleksandr Venediktovun sualını cavablandıran Putin iş metodlarının Stalinin metodlarına bənzəmədiyini deyib.

Prezident qeyd edib ki, Stalin dövrünün xarakterik əlamətləri şəxsiyyətə pərəstiş, repressiyalar və kütləvi qanun pozuntuları olub: "Amma müasir Rusiyada bunlar yoxdur və ola da bilməz. Cəmiyyət dəyişib və belə şeylərə yol verməz".

Dövlət başçısı Rusiyada məhkəmələrin sifarişli olduğuna dair iddiaları da rədd edib və məhkəmə qərarlarının qanunlar əsasında verildiyini deyib: "Kimsə kimsəni xüsusi olaraq həbsdə saxlamır".

Qaynar.info