
“Panama Papers” adlı sənədlərdə 2 milyard dollar sərvəti olduğu iddia edilən Rusiya Prezidenti Vladimir Putin məsələyə münasibət bildirib.
Putin öz adına 2 milyard dollar yatıran Rolduginlə bağlı da danışıb: "Onun kimi insanlarla fəxr edirəm".
Putin məsələ ilə bağlı ilk dəfə verdiyi bəyanatda “Panama Peyperz” adlı sənədlərdə korrupsiya əməllərinə rast gəlmədiyini, rəqiblərin rus milləti və çoxmillətli vətəndaşların birliyindən narahat olduğunu vurğulayıb.
Putin bu birliyə qarşı olan rəqiblərinin Rusiya xalqını bir-birinə qarşı qoymağa çalışdığını qeyd edib.
Putinlə təxminən 40 ildir ki, yaxın dost olan musiqiçi Roldugin rus liderinin ilk qızının xaç atasıdır.
Roldugin 16 il əvvəl bir müsahibəsində Putini qardaşı kimi gördüyünü bildirmişdi. (axar.az)
Qaynar.info