Rusiya prezidenti Vladimir Putin rəqəmsal rubl haqqında qanunu imzalayıb.
Qaynarinfo xəbər verir ki, Hüquqi informasiya portalında dərc olunan layihəyə əsasən, ölkədə müvafiq elektron platforma
yaradılacaq.
Rubl üç formada təqdim olunacaq - nağd, nağdsız və rəqəmsal. Operatoru Rusiya Bankı olacaq xüsusi informasiya sistemindən istifadə etməklə rəqəmsal rublla əməliyyatlar həyata keçirmək mümkün olacaq. Rəqəmsal rublla əməliyyatlar üçün tarifləri və vaxtı təyin edəcək. Vətəndaşlar üçün rəqəmsal rublla əməliyyatların dəyəri pulsuz olacaq, biznes üçün - ödəniş məbləğinin 0,3%-i.
Qanun, bir sıra müddəalar istisna olmaqla, 2023-cü il avqustun 1-dən qüvvəyə minəcək.
Alpər