Xəbər lenti

Putin rus dövlətçiliyinin Veliki Novqorodda doğulduğunu bildirib
Dünya13:35 20.01.2024

Putin rus dövlətçiliyinin Veliki Novqorodda doğulduğunu bildirib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putin Novqorod vilayətinin sakinlərini Veliki Novqorod şəhərinin nasist işğalçılarından azad edilməsinin 80 illiyi münasibətilə təbrik edib. 
Qaynarinfo Kremlin saytına istinadən xəbər verir ki, dövlət başçısı Rusiya dövlətçiliyinin məhz Novqorodda yarandığını vurğulayıb.
"Qədim paytaxtımızın azad edilməsi çox böyük simvolik və mənəvi əhəmiyyət kəsb edən hadisə oldu, çünki burada, Veliki Novqorodda min illik Rusiya dövlətçiliyi yaranıb", deyə Putin bildirib.
Rusiya prezidenti vurğulayıb ki, tarixi yaddaşın qorunub saxlanması üçün arxiv və axtarış işi sahəsində səylər lazımdır:
"Bizim müqəddəs borcumuz qaliblər nəslinin şücaəti, onların birliyinin və həmrəyliyinin istənilən sınaqları dəf etməyə necə kömək etdiyi haqqında tarixi həqiqəti qoruyub saxlamaqdır".
Aydın