Xəbər lenti

Putin Rusiya ordusunun artırılması haqda fərman imzaladı – 137 min nəfər
Dünya05:28 26.08.2022

Putin Rusiya ordusunun artırılması haqda fərman imzaladı – 137 min nəfər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putin Rusiya ordusunun şəxsi heyətinin artırılması haqqında fərman imzalayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Meduza” məlumat yayıb. 
Fərmana əsasən, ştat cədvəli 137 min nəfər artırılacaq. Bu, yalnız hərbi qulluqçuların sayının artırılması hesabına həyata keçiriləcək - orduda mülki kadrların sayı dəyişməz qalacaq.
Hərbi qulluqçuların sayının dəqiq necə artırılacağı - əlavə çağırış hesabına və ya müqaviləli əsgərlərin sayının artırılması ilə fərmanda göstərilməyib.
Fərman 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
Nizami Bağırov