Rusiya prezidenti Vladimir Putin bu gün bildirib ki, rusiyalılar "yeni ruslar”ın "gözoxşayan dəbdəbəsini" sevmirlər və "xaricdə yaxta və saraylarını itirənlərə" yazıqları gəlmir.
Qaynarinfo xəbər verir ki, bu barədə Putin Federal Məclisə səslənişi zamanı deyib.
"Sadə vətəndaşlardan heç birinin xaricdə yaxtalarını, saraylarını itirənlərə yazığı gəlmir. Onlar sadəcə mətbəx söhbətlərində həm özəlləşdirməni, həm də "yeni ruslar” adlananların gözdeşən dəbdəbəsini yada salırlar".
Putin rus biznesinə "keçmişdən yapışmamağı”, "yeni Rusiya” adlanan yerə investisiya qoymaq üçün həyatlarını yenidən qurmağı tövsiyə edib.
Putin deyib ki, indi əl açıb pulunu Qərbdən geri diləmək əbəsdir.
Alpər