Rusiya Federasiyasının prezidenti Vladimir Putin "şər” Qərbin yeni məqsədini açıqlayıb. Siyasətçi deyib ki, guya Qərb liderləri "keçmiş Sovet İttifaqını və onun əsas hissəsini - Rusiya Federasiyasını məhv etmək istəyirlər”.
Qaynarinfo bu barədə Unian-a istinadla xəbər
verir.
"Əgər biz bu yolla getsək, mən hesab edirəm ki, Rusiyanın bir çox xalqlarının və hamısından əvvəl, əlbəttə ki, rus xalqının taleyi kəskin, sadəcə olaraq, köklü şəkildə dəyişə bilər. Hətta mən belə bir etnik qrupun - rus xalqının indiki formada qalıb-qalmayacağını da deyə bilmirəm. Hə, hansısa formada moskvalılar, urallılar və s. olacaq. Bütün bunlar planlarda var idi, indi bu planlar artıq kağız üzərində də yazılıb”, - Putin "Rossiya 1” təbliğat telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, guya Rusiya uzun müddət ortaqlıq qurmaq üçün buna göz yumub.
"Sadəcə, münasibətlərin qurulması şəraitində tərəfdaşlıq nöqteyi-nəzərindən bu barədə danışmamağa çalışdıq. Amma bütün bunlar var, hamısı yazılıb, hər şey bir kağız parçasına yazılıb. Ancaq Sovet İttifaqının dağılmasından sonra onların dünyanı yenidən öz nəzarətləri altında formalaşdırmaq cəhdləri belə bir vəziyyətə gətirib çıxarıb, əlbəttə ki, biz buna cavab verməyə məcburuq”, - Rusiya prezidenti fikrini yekunlaşdırıb.
Alpər