Rusiya Ukraynadakı həbri əməliyyatlar nəticəsində qarşısına qoyduğu nəcib məqsədlərinə çatacaq.
Qaynarinfo Alarabiya qəzetinə istinadən
xəbər verir ki, bu sözləri Vladimir Putin bugünkü çıxışında deyib ki.
Putin bildirib ki, Rusiyanın özünü qorumaq üçün hərbi əməliyyatlara başlamaqdan başqa seçimi olmayıb və Ukraynanın anti-rus qüvvələri ilə toqquşma qaçılmaz olub.
Rusiya prezidenti hərbi əməliyyatların məqsədinin tamamilə açıq və xeyirxah olduğunu deyib. O, əsas məqsədin Donbasdakı insanları xilas etmək olduğunu bildirib.
"Bir tərəfdən biz insanlara kömək edir və onları qoruyuruq, digər tərəfdən isə biz sadəcə olaraq Rusiyanın təhlükəsizliyini təmin etmək üçün addımlar atırıq. Aydındır ki, bizim başqa seçimimiz yox idi və bu düzgün qərar idi”, - Putin açıqlamasında deyib.
Nurlan Hüseynov