Rusiya prezidenti Vladimir Putin Avropanın Ukrayna müharibəsinə görə Rusiyaya sanksiya tətbiq etməsini iqtisadi intihar adlandırıb.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə Rusiya prezidenti enerji görüşündə
deyib.
Putin bildirib ki, Avropa Rusiya enerjisindən imtina etməklə ancaq özünə zərər vuracaq. O, RF dövlət rəsmilərini Avropanın düşüncəsiz hərəkətindən Rusiyanın dövlət maraqları üçün istifadə etməyə çağırıb.
Putin sanksiyalar nəticəsində Avropanın daha yüksək enerji qiymətləri və daha böyük inflasiya ilə üzləşəcəyini deyib.
"Əlbəttə ki, bu cür iqtisadi intihar Avropa ölkələrinin daxili işidir”,- o əlavə edib.
Rusiya prezidenti həmçinin onu da deyib ki, Avropanın xaotik hərəkətləri təkcə öz iqtisadiyyatlarına pis təsir etmir, eyni zamanda Rusiyanın neft və qaz satışından gəlirlərini də artırır.
"Neft bazarında dəyişikliklər tektonik xarakter daşıyır və köhnə modelə görə, hər zamankı kimi iş görmək mümkün görünmür. Yeni şəraitdə təkcə neftin çıxarılması deyil, həm də onu son istehlakçıya aparan bütün şaquli zəncirin qurulması vacibdir”, - o deyib.
Nurlan Hüseynov