Xəbər lenti

"Putin sakitləşməyəcək, yeni hücumları dəf etməyə hazırlaşmalıyıq" - Politoloq
Dünya11:17 27.03.2022

"Putin sakitləşməyəcək, yeni hücumları dəf etməyə hazırlaşmalıyıq" - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiya müstəqil Ukrayna ərazisini işğal etdikdən sonra işğalçı ölkənin prezidenti Vladimir Putin sakitləşməyəcək".
Qaynarinfo Unian-a istinadən xəbər verir ki, bunu politoloq Vladimir Fesenko deyib. Onun sözlərinə görə, Rusiyanın Ukraynadakı müharibəni uzatmaq imkanını göstərən bir sıra amillər var:
"Putin sakitləşməyəcək, o, ilk uğursuzluqlardan sonra Ukraynanı tərk etməyəcək. Ona görə də biz Rusiya ordusunun yeni hücumlarını dəf etməyə hazırlaşmalıyıq. Bizə Ukrayna Silahlı Qüvvələri üçün uzunmüddətli təchizat proqramı lazımdır. Bu, gələcək qələbəmiz üçün ilkin şərtdir".
"NATO-ya üzv ölkələrdə birbaşa Rusiya təhlükəsi uzunmüddətli təhlükə kimi qəbul edilir. Şimali Atlantika Alyansı təcili olaraq özünü real müdafiə strukturu kimi bərpa etməlidir. Bu həm də NATO üzvü olan ölkələrin hərbi xərclərinin təcili artırılmasını nəzərdə tutur. Əslində, biz silah istehsalının artırılması və NATO-nun müdafiə potensialının gücləndirilməsi haqqında danışmalıyıq”, deyə Fesenko əlavə edib.
Aydın