Xəbər lenti

Putin Səudiyyə şahzadəsi ilə neft bazarını müzakirə etdi
Dünya05:14 22.07.2022

Putin Səudiyyə şahzadəsi ilə neft bazarını müzakirə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman neft bazarını müzakirə ediblər.
Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.
"Bu telefon danışığında qlobal neft bazarının vəziyyəti müzakirə edilib və OPEC+ çərçivəsində daha çox koordinasiyanın vacibliyi vurğulanıb”.
Cümə axşamı, iyulun 21 də Kreml Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığını və neft hasilatı və tədarükü ilə bağlı söhbətini elan edib.
Kreml bildirib ki, iki lider söhbətdə Rusiya və Səudiyyə Ərəbistanının "qlobal enerji bazarında lazımi tarazlığı və sabitliyi qorumaq üçün mütəmadi olaraq öz vəzifələrini yerinə yetirdiklərini” vurğulayıblar.
Reuters xəbər agentliyinin məlumatına görə, Co Baydenin Ciddədə şahzadə Məhəmməd bin Salman ilə görüşündən 6 gün sonra baş tutan söhbət Rusiyanın Ukraynada müharibə apardığı bir vaxtda Səudiyyə Ərəbistanının dünya neft bazarında önəmli rolunu, Krallığının həm Moskva, həm də Vaşinqton üçün əhəmiyyətini göstərir. 
M.Arif