Rusiya prezidenti Vladimir Putin Təhsil Nazirliyinə "gənc nəslin tarixi şüurunu formalaşdırmalı" olan sovet yazıçılarının əsərlərinin ədəbiyyat üzrə ümumi təhsil proqramlarına daxil edilməsi məsələsinə baxmağı tapşırıb.
Qaynarinfo RBC-ya
istinadla xəbər verir ki, belə bir göstəriş prezidentin "Böyük Vətən Müharibəsi” veteranları, mühasirədə olan Leninqrad sakinləri və ictimai vətənpərvərlik birliklərinin nümayəndələri ilə bu ilin yanvarında baş tutan görüşündən sonra verilən tapşırıqlar siyahısındadır.
Təhsil Nazirliyinin rəhbəri Sergey Kravtsov 2023-cü il avqustun 31-dək bu mövzuda hesabat hazırlamalıdır.
Bundan əlavə, Putin Mədəniyyət Nazirliyi və Rəqəmsal Transformasiya Nazirliyinə "Böyük Vətən Müharibəsi zamanı nasistlər və onların əlaltıları tərəfindən törədilən cinayətlərlə bağlı gənclər arasında davamlı vətəndaş mövqeyinin formalaşdırılması, eləcə də 2014-cü ildə hakimiyyətə gələn Ukrayna rejimi ilə bağlı informasiya materialları hazırlamağı tapşırıb”, - sənəddə qeyd edilir.
30 iyun 2023-cü il tarixinədək bu mövzu ilə bağlı hesabat bu nazirliklərin rəhbərləri Olqa Lyubimova və Maksut Şadayev tərəfindən hazırlanmalıdır.
Alpər