Dünya 15:08 30.12.2022

Putin Szinpinlə görüşdü: Rusiya və Çin hərbi-texniki əməkdaşlığı gücləndirəcək

Rusiya və Çin hərbi-texniki sahədə əməkdaşlığı davam etdirəcəklər ki, bu da hər iki ölkənin təhlükəsizliyinə töhfə verir. 

Qaynarinfo "Regnum"a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çin lideri Si Szinpinlə videobağlantı vasitəsilə aparılan danışıqlarda deyib.

"Əlbəttə, Rusiya-Çin əməkdaşlığının bütün spektrində bizim əlaqələrimiz hərbi və hərbi-texniki əməkdaşlıqdır ki, bu da ölkələrimizin təhlükəsizliyinin təmin edilməsinə və əsas regionlarda sabitliyin qorunmasında xüsusi yer tutur. Biz Rusiya və Çin Silahlı Qüvvələri arasında qarşılıqlı fəaliyyəti gücləndirməyi hədəfləyirik", - Rusiya Federasiyasının Prezidenti deyib.

Putin qeyd edib ki, Rusiya Federasiyası ilə Çin arasında münasibətlər artan geosiyasi gərginlik şəraitində yetkinlik və sabitlik nümayiş etdirir.
"Münasibətlərimiz ləyaqətlə bütün sınaqlara sinə gərir, yetkinlik və sabitlik nümayiş etdirir və dinamik inkişaf etməkdə davam edir. Siz və mən bir qədər əvvəl qeyd etdiyimiz kimi, bu əlaqələr tarixin ən yaxşısıdır, XXI əsr üçün böyük dövlətlər arasında əməkdaşlıq modelidir". Rusiya lideri bildirib.

Putinin nöqteyi-nəzərindən Rusiya və Çinin beynəlxalq aləmdə koordinasiyası ədalətli dünya nizamının yaradılmasına xidmət edir.

"Moskva və Pekin arasında beynəlxalq arenada, o cümlədən BMT Təhlükəsizlik Şurası, Şanxay Əməkdaşlıq Təşkilatı, BRİKS, G20 çərçivəsində koordinasiya beynəlxalq hüquqa əsaslanan ədalətli dünya nizamının yaradılmasına xidmət edir", - Rusiya prezidenti bildirib.

O qeyd edib ki, Rusiya və Çin qlobal geosiyasi mənzərənin davam edən transformasiyasının səbəbləri, gedişatı və məntiqi ilə bağlı eyni fikirdədirlər.

Alpər