"Bəlkə də, Rusiya prezidenti Vladimir Putin tarix kitablarına böyük fateh kimi daxil olmaq istəyirdi, amma orada qatil kimi qalacaq".
Qaynarinfo xəbər verir ki, bu sözləri Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya "Gordon” qəzetinin baş redaktoru Olesya Batsmana müsahibəsində
deyib.
Tixanovskaya bildirib ki, Rusiya lideri öz ambisiyaları naminə bütün şəhərləri yer üzündən silməyə hazır olan diktatordur:
"Putin öz ambisiyaları naminə xarici ölkələri işğal etməyə, uşaq bağçalarını bombalamağa, insanların bədəninə damğalar vurmağa, şəhərləri yer üzündən silməyə hazır olan diktatordur. Ola bilsin ki, tarix kitablarına böyük bir fateh kimi düşmək istəyirdi, amma orda qatil kimi qalacaq".
Belaruslu siyasətçi ümid edir ki, dərsliklərdə Rusiya prezidentinin fotosunun yanında onun prezidentliyinin nəticələri kimi Borodyanka, Buça və Mariupoldan olan şəkillər olacaq.
Aydın