
Rusiya prezidentinin məsləhətilə nəşr olunacaq ortaq tarix dərsliyində Vladimir Putin hakimiyyəti haqda ayrıca bölmə yaradılacaq.
Qaynar.info xəbər verir ki, Rusiya Elm və Təhsil Nazirliyi təkcə Yenidənqurma dövründən 2000-ci ilə qədər deyil, 2012-ci ilə qədər olan yeni tarixi də dərsliyə salacaq.
"Müzakirələrdən sonra dərs kitabına sonuncu prezident seçkilərinə qədər olan dövrün də salınmasına qərar verildi", - deyə nazirliyin yaydığı bəyanatda bildirilib.
"İzvestiya" qəzeti Vladimir Putinin yeni tarix kitablarında ondan bəhs edilməsinin istəmədiyini yazır. Prezident onun fəaliyyətini və qərarlarını qiymətləndirməyin tez olduğunu düşünür.
Qaynar.info