Xəbər lenti

Putin tatarlara qarşı cəza tədbirlərinə başladı - VİDEO
Dünya09:00 16.05.2014

Putin tatarlara qarşı cəza tədbirlərinə başladı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Krımda terrorçuluqda ittiham olunan Krım tatarlarının evlərində kütləvi axtarışlara başlanıb.

“Axar.az” xəbər verir ki, bu barədə Krım-tatar xalqı Məclisinin mətbuat katibi Əli Hamzin məlumat verib.

“Hazırda Krm tatarları həmişə olduğu kimi təhlükədədirlər. Dünən bizim liderimiz Mustafa Cəmilovun evində onun razılığı olmadan axtarış aparılıb. Bu gün isə gecə saatlarından başlayaraq Krım tatarlarının evlərində kütləvi axtarışlar aparılıb. Onlara qarşı terrorçuluq maddəsi irəli sürülür”, - deyə Həmzin bildirib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl 150-yə yaxın istintaqa çağırılıb. Onların əl izləri götürülüb və məscidə nə üçün getdikləri soruşulub.

O, bildirib ki, Krım tatarlarının təhlükəsizliyi beynəlxalq ictimaiyyət tərəfindən qorunmalıdır: “Məsuliyyət təkcə Rusiyanın deyil, həm də Budapeşt memorandumunun icraçılarının üzərinə də düşür”.

Qaynar.info