Mediada yayılan məlumatlara görə, 21 sentyabrdan bu günədək 600 mindən 1 milyona qədər insan Rusiyanı tərk edib. Səfərbərlik elanından təxminən bir ay sonra prezident Vladimir Putin miqrasiya məsələlərini müzakirə etmək qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, Rusiya prezidenti oktyabrın 19-da bu mövzuda Təhlükəsizlik Şurasının iclasını
keçirəcək.
"Miqrasiya sferasında milli təhlükəsizliyə təhdidlərin neytrallaşdırılması, ölkənin sosial-iqtisadi inkişafı və ictimai-siyasi sabitliyi naminə miqrasiya proseslərinin tənzimlənməsilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır”, deyə Kremldən bildirilib.
İclasda Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məruzə ilə çıxış edəcək. Avqust ayında o, Avropa İttifaqını rusiyalılara viza verilməsinə tam qadağa tətbiq etməyə çağırıb.
"Verstka”nın senatorlara istinadən verdiyi məlumata görə, Federasiya Şurasının plenar iclası saat 15:00-dək deyil, saat 17:00-dək davam
edəcək. Dəyişikliklər Təhlükəsizlik Şurasının gündəliyi ilə bağlıdır. İki mənbə konkret mövzuları qeyd etmədən nəşrə bunu təsdiqləyib.
"Verstka” ilə danışan senatorlar etiraf ediblər ki, bu gün hökumətdə kadr dəyişikliklərindən tutmuş hərbi vəziyyətin tətbiqinə qədər genişmiqyaslı qərarlar qəbul edilə bilər.
Nizami Bağırov