
Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Təhlükəsizlik Şurasının üzvləri ilə təcili toplantı keçirib.
Qaynarinfo.Az "Kremlin.ru"-ya istinadən xəbər verir ki, toplantıda əsasən Suriyadakı humanitar vəziyyət müzakirə olunub.
Bundan başqa, ölkədaxili sosial-iqtisadi gündəm, turizm sahəsindəki vəziyyət də müzakirə olunub.Toplantıda Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Daxili işlər naziri Vladimir Kolokolsev, Müdafiə naziri Sergey Şoyqu, Federal təhlükəsizlik şurasının direktoru Aleksandr Bortnikov, Xarici kəşfiyyat xidmətinin direktoru Mixail Fradkov və başqa rəsmi şəxslər iştirak ediblər.
Qızılgül
Qaynarinfo.Az