Vladimir Putin Alyaskadakı görüşdən sonra ABŞ prezidenti Donald Trampı aldatdı və Ukraynaya qarşı bombardmanları gücləndirdi. Vaşinqton Rusiyaya qarşı bütün mümkün sanksiya variantlarını nəzərdən keçirir.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skot Bessent açıqlama verib. O, "Fox News"a
müsahibəsində Putinin hərəkətlərinin bəyan etdiyi niyyətlərlə üst-üstə düşmədiyini vurğulayıb.
"Putin Ankoricdəki görüşdən, eləcə də telefon danışığından sonra – Avropa liderləri və Zelenski gələn bazar ertəsi Ağ Evdə olarkən – tam əks addımlar atdı. Əslində, o, iyrənc şəkildə bombardman kampaniyasını gücləndirdi”, deyə Bessent qeyd edib.
ABŞ maliyyə nazirinin sözlərinə görə, Trampın mövqeyində Rusiyaya qarşı "bütün sanksiya variantları mümkündür”.
"Düşünürəm ki, biz onları bu həftə çox diqqətlə öyrənəcəyik”, deyə Bessent bildirib.
Xatırladaq ki, ABŞ bir müddət əvvəl Rusiyanı Ukrayna ilə sülh əldə etmədiyi təqdirdə nəticələrlə üzləşəcəyi barədə xəbərdar etmişdi. Ukraynaya qarşı genişmiqyaslı hücumdan sonra çağırılan BMT Təhlükəsizlik Şurasının iclasında Moskvaya bildirilib ki, əks halda yeni sanksiyalar tətbiq olunacaq.
Bu arada Avropa İttifaqı ilk dəfə olaraq Rusiyaya qarşı ikincili sanksiyaların tətbiqini nəzərdən keçirir. "Bloomberg” yazır ki, blok artıq qüvvədə olan məhdudiyyətləri Moskvanın aradan qaldırmasına yardım edən ölkələrə qarşı da sanksiya qoya bilər.
Alpər
Şərhlər