Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarı Vladimir Putinlə görüşmək üçün Rusiyaya gedəcək. Ərdoğanın ofisi əvvəlcə Putinin Türkiyəyə gələcəyini iddia etsə də, Kreml görüş yerinin hələ müəyyən edilmədiyini qeyd edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yeni Şafak” Türkiyə liderinin administrasiyasındakı mənbələrə istinadən
yazır.
Tərəflər ikitərəfli münasibətləri, Ukraynanı və taxıl sazişini müzakirə etməyi planlaşdırırlar. Nəşrin yazdığına görə, Rəcəb Tayyib Ərdoğanın səfəri taxıl sazişinin icrasının davam etdirilməsi üçün ən mühüm addım olacaq. Mənbələr deyir ki, Ərdoğanın sözlərinə görə, "hansısa formada kompromis tapmaq olar”.
"Yeni Şafak”ın məlumatına görə, Türkiyə prezidentinin ofisi Rusiyanın iştirakı olmadan taxıl sazişinin uzadılmasını yersiz hesab edir. Bu baxımdan, razılaşmanın əvvəlki formatda bərpası məsələsi Rəcəb Tayyib Ərdoğan üçün əsas məsələdir. Bu arada, Ərdoğanın avqustun 21-də dediyi kimi, Türkiyənin xarici işlər naziri Hakan Fidan yaxın vaxtlarda Rusiyaya səfər edə bilər.
Nizami Bağırov