Xəbər lenti

Putin Türkiyəyə səfəri zamanı qırıcıların müşayiətini tələb edir
Dünya 13:20 11.09.2024

Putin Türkiyəyə səfəri zamanı qırıcıların müşayiətini tələb edir

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə gedərkən təyyarəsinin qırıcılarla müşayiət olunmasını istəyir.

Qaynarinfo xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbələr "Middle East Eye” nəşrinə bildiriblər.

Onların sözlərinə görə, Putin Ukraynanın onun təyyarəsinə uçuş marşrutu boyunca hücum edə biləcəyi ehtimalından ehtiyat edərək, Rusiya qırıcılarının mühafizəsi altında Türkiyəyə uçmaq istəyir. Mənbələrin bildirdiyinə görə, Rusiya prezidentinin Ankaraya səfəri bu səbəbdən təxirə salınıb.

Nəşr qeyd edir ki, Moskvanın tələbini yerinə yetirmək çətindir, çünki NATO-nun hava hücumundan müdafiə sistemləri Türkiyədə yerləşir və Rusiya qırıcılarını düşmən hədəfləri kimi qəbul edə bilər. Danışıqlardan xəbəri olan mənbə aydınlaşdırıb ki, Türkiyə Putinin səfərinə görə hava hücumundan müdafiə sistemlərini söndürməyi və ya dəyişdirməyi planlaşdırmır. Son müzakirələrdə Rusiya prezidentinin oktyabrın ilk həftəsində gəlişi ehtimalı nəzərdən keçirilir, lakin yeni tələblər belə bir səfərin həyata keçirilməsini çətinləşdirir. Putin sonuncu dəfə Ankaraya 2014-cü ildə səfər edib.

Əvvəllər xarici dövlət başçılarının səfərlərinin diplomatik protokollarında yaxından iştirak etmiş Türkiyənin keçmiş səfirlərinin fikrincə, Rusiyanın tələbi son dərəcə qeyri-adidir.

"Türkiyə hökuməti xoşməramlı jest olaraq xarici dövlət başçılarını müşayiət etmək üçün döyüş təyyarələri göndərə bilər. Bununla belə, xarici dövlət başçılarının öz döyüş təyyarələrini gətirməyi xahiş etdikləri bir hadisəni xatırlamıram", deyə nəşrin həmsöhbəti izah edib.

Bundan əlavə, Rusiya rəsmiləri otellərdən şikayətlənirlər, çünki Ankaranın üç ən böyük oteli amerikalılara məxsusdur. Nəşrin mənbələrinə görə, Rusiyada belə otellərin Rusiya prezidenti üçün təhlükəli olduğunu ehtimal edirlər. Onların sözlərinə görə, Putinə hökumət qonaq evinin verilməsi məsələsi qaldırılıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->