Xəbər lenti

Putin: "Ukrayna yeni əməliyyatlara hazırlaşır"
Dünya08:39 15.10.2023

Putin: "Ukrayna yeni əməliyyatlara hazırlaşır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun "tamamilə uğursuz olduğunu" bildirib. 
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, Kiyev cəbhədə yeni əməliyyatlar hazırlayır, lakin "rus hərbçiləri inamla özünü müdafiə edir" və "əlverişli mövqelər tutur".
"Dayandığı iddia edilən əks-hücuma gəlincə, o, artıq tam iflasa uğrayıb. Biz bilirik ki, hərbi əməliyyatların müəyyən ərazilərində qarşı tərəf yeni aktiv hücum hərəkətləri hazırlayır. Biz bunu görürük, bilirik. Biz də buna uyğun reaksiya veririk. İndi təmas xəttində baş verənlərə aktiv müdafiə deyilir. Qoşunlarımız bütün bu ərazidə, kifayət qədər böyük bir ərazidə mövqelərini yaxşılaşdırır. Bu həm Kupyanski, həm də Zaporojye istiqamətlərinə aiddir, həmçinin Avdeyevski istiqamətinə də aiddir”, deyə Purin VGTRK-nın jurnalisti Pavel Zarubinə müsahibəsində bildirib.
Aydın