Xəbər lenti

"Putin Ukraynada nə baş verdiyini bilir, qalib gələcəyinə inanır" - Avstriya kansleri
Dünya11:44 17.04.2022

"Putin Ukraynada nə baş verdiyini bilir, qalib gələcəyinə inanır" - Avstriya kansleri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiya prezidenti Vladimir Putin öz dünyasında yaşayır. O, Ukraynadakı müharibədə qalib gələcəyinə inanır".
Qaynarinfo xəbər verir ki, bu sözləri ötən həftə Moskvada Putinlə görüşən Avstriya kansleri Karl Nehammer Amerikanın NBC telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya prezidenti ilə söhbət çətin keçib:
"Özünün kiçik dünyasında olduğu üçün düşünürəm ki, Putin hazırda Ukraynada nə baş verdiyini bilir. O, müharibədə qalib gələcəyinə inanır".
Qeyd edək ki, Karl Nehammer və Vladimir Putin Moskvada Kremlin mülkiyyətində olan bağ evində görüşüb. Söhbət köməkçilər, tərcüməçilər və media nümayəndələri olmadan saat yarım davam edib. Söhbətin əsas mövzusu Ukraynada fevralın 24-də başlayan müharibə olub.
Avstriya kansleri deyib ki, Putinlə söhbət "çox sərt və səmimi” keçib. Ən mühüm mesaj ondan ibarət olub ki, Ukraynada müharibə bitməlidir, çünki bütün müharibələrdə hər iki tərəf uduzur.
Aydın