Xəbər lenti

Putin Ukraynadakı hadisələri talan adlandırdı
Dünya17:21 02.12.2013

Putin Ukraynadakı hadisələri talan adlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynadakı hadisələr inqilabı yox, daha çox talanı xatırladır.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu İrəvanda səfərdə olan Rusiya prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən deyib.
 
Putin hesab edir ki, Kiyevdə və digər şəhərlərdə baş verənlərin Ukraynanın Avropa İttifaqı ilə münasibətlərinə bağlılığı azdır.
 
“İndi Ukraynada baş verənlər 2015-ci il prezident seçkilərinə hazırlıqdır. Bu, daxili siyasi prosesdir, müxalifətin hakimiyyətin mövqelərini sarsıtmaq cəhdidir”, - deyə o vurğulayıb.

Qaynar.info