Xəbər lenti

Putin Ukraynadan sonra öz kəşfiyyatına qulaq asmaqdan imtina edir – Fokus
Dünya16:35 22.03.2022

Putin Ukraynadan sonra öz kəşfiyyatına qulaq asmaqdan imtina edir – Fokus

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ukrayna ərazisində müharibə başlayandan bəri Rusiya prezidenti Vladimir Putinlə işğalçıların kəşfiyyatı arasında münasibətlər rus ordusunun uğursuzluğu ucbatından pisləşib”.
Qaynarinfo xəbər verir ki, bu barədə Focus yazıb. Məlumata görə, Ukraynanın işğalı planlaşdırıldığı kimi getmədiyi üçün Putin öz kəşfiyyat orqanlarını təmizləməyə başlayıb.
Rusiyalı kəşfiyyat eksperti Andrey Soldatovun sözlərinə görə, Ukraynada müharibə Putinin xarici kəşfiyyatın rəhbəri Sergey Narışkini açıq şəkildə aşağılaması ilə başlayıb. Bir neçə həftə sonra FSB xüsusi xidmətində baş vermiş cəza tədbirləri ictimailəşib. Xarici kəşfiyyata cavabdeh olan şöbə zərər çəkib: General Sergey Beseda və başqa bir kəşfiyyatçı dindiriləndən sonra ev dustaqlığına salınıblar. Milli Qvardiyanın rəis müavini Roman Qavrilov isə vəzifəsindən azad edilib.
Bütün bu hallar onunla bağlıdır ki, Ukraynada müharibə işğalçıların gözlədiyi kimi getməyib və Kremldə günahı məhz kəşfiyyat aparır. Putin Ukraynaya münasibətdə öz fikirlərinə sadiq qalır, onları daim Rusiya və onun hüdudlarından kənarda tirajlayır.
Məhz buna görə də Putin kəşfiyyat məlumatlarına qulaq asmağı dayandırıb, çünki əmindir ki, o, Ukrayna haqqında hamıdan çox bilir.
Daha əvvəl bildirilmişdi ki, Putin fiziki məhv edilməkdən qorxur, ona görə də uzun müddətdir Kremlə getmir. Ukraynada müharibə başlayandan sonra o, xüsusi mühafizə olunan bunkerə köçüb, - sonra sayt qeyd edib.