Xəbər lenti

Putin və Ərdoğan telefon söhbətində nədən danışdı?
Dünya19:26 30.11.2016

Putin və Ərdoğan telefon söhbətində nədən danışdı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.

Bu haqda Kremlin saytında bildirilir.

Telefon söhbətinin gedişatında Suriyada, həmçinin Hələb ətrafındakı vəziyyət müzakirə edilib, ətraflı fikir mübadiləsi aparılıb.

Rusiya KİV-i Kremlin mətbuat xidməti Dmitri Peskovdan Türkiyə prezidentinin Suriya lideri Bəşər Əsədin devirilməsi haqqında mövqeyini izah edib-etmədiyini öyrənməyə çalışıb. Lakin Peskov bu sualı cavablandırmayıb.

Xatırladaq ki, dünən Ərdoğan Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatın hədəfinin Əsədin devrilməsi olduğunu söyləyib.(publika.az)

Qaynarinfo.Az