Xəbər lenti

Putin və Medvedyevə Cənubi Osetiyanın ən yüksək dövlət mükafatı verildi
Dünya07:02 25.08.2018

Putin və Medvedyevə Cənubi Osetiyanın ən yüksək dövlət mükafatı verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedyev Cənubi Osetiyanın ən yüksək dövlət mükafatı olan "Uatsamonqa"ya layiq görülüblər.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Osetiyanın rəhbəri Anatolu Bibilov sərəncam imzalayıb.
Dövlət mükafatları Cənubi Osetiyanın müstəqil dövlət kimi tanınmasının 10-cu ildönümü münasibətilə verilib.
Putin Gürcüstanın Cənubi Osetiyaya hücumunun qarşısının alınmasında və müstəqilliyinin tanınmasıda xüsusi roluna, Medvedevə isə verdiyi töhfələrə görə mükafatlandırılıb.
Qeyd edək ki, Cənubi Osetiyanın müstəqilliyini 6 ölkə tanıyır: Rusiya, Venesuela, Nikaraqua, Nauru, Tuvalu və Suriya.