
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin Çində G20 sammitində Suriyadakı vəziyyəti müzakirə edə bilərlər.
Qaynarinfo.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlamanı Putinin mətbuat katibi Dmitri Peskov verib.
Kreml təmsilçisi həmçinin məlumat verib ki, onların tam formatlı, ayrıca görüşü nəzərdə tutulmayıb: "Bununla belə biz hesab edirik ki, bu sammitdə onların fikir mübadiləsi üçün qısa və ya bir qədər detallı söhbəti baş tutacaq".Qeyd edək ki, G20-nin 11-ci sammiti 4-5 sentyabrda Xançjou Çin çəhərində baş tutacaq.
Qızılgül
Qaynarinfo.Az