Xəbər lenti

Putin: “Vəziyyət getdikcə pisləşir, Müdafiə Nazirliyindən istifadə edə bilərik”
Dünya15:57 13.04.2020

Putin: “Vəziyyət getdikcə pisləşir, Müdafiə Nazirliyindən istifadə edə bilərik”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyasında koronavirusla bağlı vəziyyət getdikcə pisləşir.
Qaynarinfo xəbər verir ki, bu sözləri Prezident Vladimir Putin nazirlərlə görüşündə bildirib və yoluxanların bir çoxunda xəstəliyin daha da ağırlaşdığını deyib. Onun fikrincə, qarşıdan gələn həftələr vəziyyətin inkişafında həlledici olacaq.
O, həmçinin vurğulayıb ki, hələlik hakimiyyət vaxtında hərəkət etməyə nail olur, lakin vəziyyətin gələcək 10 gün üçün inkişafını proqnozlaşdırmağa ehtiyac var. Bundan əlavə, Putin xəstəxanalara yükün rasional paylanmasını tələb edib. Əlavə edib ki, zəruri hallarda koronavirusla mübarizə üçün Rusiya Federasiyası Müdafiə Nazirliyinin vəsaitlərindən istifadə edilməlidir.
Onun sözlərinə görə, Müdafiə Nazirliyinin əsas mənbələri hələ də ehtiyatda qalır. Dövlət başçısı ayrılan əlavə pul müqabilində Müdafiə Nazirliyinin Rusiya Federasiyasının bölgələrində yeni yoluxucu tibb müəssisələrinin inşası üçün demək olar ki, işə başladığını diqqətə çatdırıb. Lazım gələrsə, yaxın müddətdə onlardan istifadə edilə bilər.
Bununla yanaşı, Putin əlavə edib ki, infeksiya ilə mübarizə işində dövlət ehtiyatı yaratmaq üçün vahid satınalma mərkəzi formalaşdırmaq lazımdır. Və bütün səhiyyə sistemi "vahid bir mexanizm" olaraq işləməlidir.
Dövlət başçısı onu da bildirib ki, qətiyyən arxayınlaşmaq olmaz, çünki koronavirusun pik mərhələsi hətta Moskvanın özündə belə başa çatmayıb. Putin xeyli problemin olduğunu etiraf edərək deyib: "Bu məsələdə lovğalana biləcəyimiz heç nəyimiz yoxdur".
Xatırladaq ki, son məlumatlara görə, Rusiya Federasiyasında artıq 18 min 328 nəfər koronavirusa yoluxub, onların da əksəriyyəti Moskvadadır. Bütün müşahidə müddəti ərzində 148 nəfər ölüb, 1470 nəfər sağalıb. Ölkə daxilində karantin və məhdudlaşdırma rejimi tətbiq edilib.
Alpər