
Rusiya prezidenti Vladimir Putin Soçidə keçiriləcək Qış Olimpiya Kompleksinə baş çəkib. Yaxın bir neçə gün ərzində Rusiya prezidenti Olimpiya və Paralimpiya Oyunlarının açılış mərasimlərinin məşqləri ilə tanış olacaq. Həmçinin rəsmilər, atletlərin qalacağı mehmanxanalara da baş çəkib və oradakı şəraiti ilə maraqlanıblar.
Putin bu səfərini xanımlarla etdiyi zarafatla daha da maraqlı edib.
İdmançıların məşq zallarına girmək istəyən Putin içəridə idmançıların olduğunu bilib, əvvəl onların qapısını döyüb. Daha sonra bir idmançı xanım otaqdan çıxıb. Putin xanımdan idmançılar üçün yaradılmış şəraiti necə qiymətləndirdiyini soruşur. Burda Rusiya prezidenti öz zarafatlarından da qalmayaraq idmançı xanımla maraqlı dialoq edib.
Daha sonra otaqları gəzən Putin nöqsanların haqlı olduğunu və tez bir zamanda aradan qaldırılacağını deyib.
Rusiya prezidenti istirahətindən də qalmayaraq “Laura” Dağ Xizək Kurortunda Dmitri Medvedyevlə birgə xizək sürüb.
Bir neçə gün əvvəl Volqoqrad şəhərində törədilən terror aktları ilə əlaqədar Soçi Olimpiyadasının təhlükəsizliyi məsələsi hazırda dünya gündəmini narahat edən məsələlərdəndir. Bununla belə, Vladimir Putin hökumətin olimpiyanın uğurlu şəkildə baş tutacağına zəmanət verdiyini bildirib. Qış Olimpiyadası fevral ayının 7-dən 23-ünə kimi keçiriləcək.
Qaynar.info