
Yeni ili Uzaq Şərqdə qarşılayan Rusiya Prezidenti Vladimir Putin çoxillik yeni il müraciəti ənənəsini pozub və iki dəfə müraciət edib.
“Axar.az” Rusiya mediasına istinadla xəbər verir ki, ilk təbrikini Kamçatka, Çukot və Maqadan əyalətində edən Putin digər saat qurşağına – Xabarobskiyə təyyarə ilə gələrək, növbəti dəfə ruslara Yeni illə bağlı təbrik çıxışını edib.
Məlumat üçün bildirək ki, Rusiya ərazisinə görə dünyanın ən böyük ölkəsidir və ümumilikdə 11 saat qurşağında yerləşir. Beləliklə, Putin Uzaq Şərqdə Yeni illə bağlı təbrik çıxışını edərkən Rusiya ərazisinin böyük hissəsində hələ yeni ilə saatlar qalırdı.
“Faktiki olaraq iki dəfə təbrik çıxışı etməklə Putin çoxillik ənənəni pozdu”, - deyən Putinin mətbuat katibi Dmitri Peskov bütün ruslara ünvanlanan təbrikin Xabarovskidə edildiyini də diqqətə çatdırıb.
Qaynar.info