Rusiya Prezidenti Vladimir Putin onlarla dünya liderinə Yeni il təbrikləri göndərib. O, təbriklərində Rusiya ilə əməkdaşlığın vacibliyini qeyd edib.
Qaynarinfo xəbər verir ki, Putin ayrıca Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Özbəkistan, Cənubi Osetiya, Ermənistan liderlərinə mesajlar göndərib.
Argentina, Braziliya və başqalarına da təbriklər göndərilib.
ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden, hazırkı Amerika lideri Donald Tramp, həmçinin Böyük Britaniya Kraliçası II Yelizaveta və Baş nazir Boris Conson təbrik olunanların siyahısına əlavə edilsə də, Ukrayna prezidenti Vladimir Zelenski siyahıya düşməyib.
Alpər