Dünya 16:47 09.02.2024

Putin Zelenskinin 1947 təvəllüdlü atasını Böyük Vətən müharibəsi veteranı etdi (VIDEO)

Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidentinin "neonasistlərə dəstəyi” ilə bağlı keçmişdə Zelenski ilə apardıqları dialoqdan danışıb və bildirib ki, onun atası İkinci Dünya müharibəsi illərində faşistlərlə vuruşub. 

Qaynarinfo xəbər ki, o, bu barədə amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibəsində danışıb.

"Onun atası İkinci Dünya müharibəsi illərində faşistlərə, nasistlərə qarşı vuruşub. Bir dəfə onunla bu barədə danışdım. Mən ona dedim: "Volodya, nə edirsən? Atanız faşizmə qarşı vuruşduğu halda, bu gün Ukraynada niyə neonasistləri dəstəkləyirsiniz? O, cəbhədə olub”, - Rusiya prezidenti bildirib. 

Eyni zamanda Putin Zelenskinin bu suala cavabını açıqlamayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin dedikləri əks etdirmir və prezident Zelenskinin atası Oleksandr Semyonoviç Zelenski 27 dekabr 1947-ci il tarixdə Krivoy Roq şəhərində anadan olub və heç cür İkinci Dünya müharibəsi illərində (1939-1945-ci illər – red.) faşistlərlə vuruşa bilməzdi.

Nizami Bağırov