Xəbər lenti

Putin zombilərlə vuruşacaq
Dünya12:25 30.09.2013

Putin zombilərlə vuruşacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya prezidenti Vladimir Putin kompyuter oyunu qəhrəmanı olur.

Qaynar.info
xəbər verir ki, yaxın günlərdə hazırlanacaq oyunda Rusiya prezidenti zombilərlə vuruşacaq.

"You Don’t Mess with Putin" adı ilə bazara çıxarılacaq oyunda Putin Kremldə bir mətbuat  konfransı keçirir. Toplantı zamanı zombilər ordusu ora hücum edərək, Putin və Mike adlı amerikalı video oyun ekspertindən başqa hamını öldürür və beləliklə zombilərlə oyun başlayır.

Belçikalı proqramçı Mişel Rokko Smeets tərəfindən hazırlanan oyunu eyni zamanda iOS və android əməliyyat sistemli telefonlarda da oynamaq mümkün olacaq.

Oyunun noyabrın 31-nə qədər hazır olması gözlənilir.

Qaynar.info