Xəbər lenti

Putindən ABŞ-a sərt xəbərdarlıq
Dünya06:21 13.04.2013

Putindən ABŞ-a sərt xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Moskva Vaşınqtona insan haqlarını pozmaqda təqsirləndirdiyi və sanksiyalar tətbiq etdiyi Rusiya rəsmilərinin siyahısını ictimailəşdirməmək barədə xəbərdarlıq etsə də, Vaşinqton buna məhəl qoymayıb.

Prezident Vladimir Putinin sözçüsü bildirib ki, siyahının ictimayiləşdirilməsi münasibətlərin kəskinləşməsinə səbəb olacaq. 

Qeyd edək ki, bu gün dərc edilən siyahının açıqlanmasına "Maqnitski Aktı" imkan verib. Qanunun adı Rusiyada hökumətin korrupsiya əməliyyatlarını ifşa edən və 2008-ci ildə vergidən yayınmada təqsirli bilinərək həbs edilən rusiyalı vəkili Sergey Maqnitskiyə istinad edir. O, növbəti il həbsxanada davamlı olaraq döyüldükdən və tibbi yardım göstərilmədikdən sonra ölmüşdü. 

Siyahıya yalnız Maqnitskinin qətlində şübhəli bilinən rəsmilər deyil, Rusiya boyu siyasi hüquqları pozan digər siyasətçilər də daxildir./azadliq.az/