Xəbər lenti

Putindən Əsədi üzəcək açıqlama
Dünya06:30 05.06.2013

Putindən Əsədi üzəcək açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya prezidenti: "Bu, doğru deyil"

Rusiya prezidenti Vladimir Putin Suriya dövlət başçısı Bəşər Əsədin "S-300" zenit raket komplekslərinin ilk partiyasının alınmasına dair açıqlamasını təkzib edib. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Putin Sankt-Peterburqda keçirilən Rusiya-Avropa Birliyinin zirvə toplantısı zamanı hələlik bu komplekslərin satışı üzrə razılaşmanın reallaşmadığını deyib. 

"S-300 dünyada ən yaxşı müdafiə sistemlərindən biridir. Biz regiondankı balansı pozmaq istəmirik. Bu məsələ ilə bağlı razılaşma bir neçə il bundan öncə imzalanıb, lakin hələ reallaşmayıb. Suriyaya silah satışı bütün beynəlxalq hüquq qaydaları çərçivəsində baş tutacaq",- deyə V. Putin bildirib. 

Xatırladaq ki, may ayında Bəşər Əsəd "Əl-Manar" telekanalına müsahibəsində Suriya Rusiyadan "S-300" zenit raket komplekslərinin ilk partiyasını aldığını demişdi. O, bildirmişdi ki, zenit-raket komplekslərinin qalan hissəsi isə tezliklə çatdırılacaq.

Qaynar.info