
Rusiya prezidenti Vladimir Putin məmurların korrupsiya əməlləri barədə məlumat verən şəxslərin müdafiə olunması və onların pulsuz hüquqi yardımla təmin edilməsi barədə fərman imzalayıb. Fərman aprelin 2-dən qüvvəyə minib.
APA-nın məlumatına görə, Prezident Administrasiyasının rəhbəri Sergey İvanov bildirib ki, korrupsiya faktları ilə bağlı anonim məlumatlar qəbul olunmayacaq.
Xarici ölkələrdə malik olduqları mülkiyyəti gəlir bəyannaməsinə daxil etməyən məmurların işdən qovulacağını vurğulayan Sergey İvanov bildirib ki, xaricidə mülkiyyətə malik olmağa qadağa qoyulmur: “Lakin məmur bu mülkiyyəti hansı vəsait hesabına aldığını bəyan etməlidir”.
Qaynar.info