Xəbər lenti

Putindən Krımla bağlı daha bir ƏMR
Dünya21:25 23.03.2014

Putindən Krımla bağlı daha bir ƏMR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Federasiyasının prezidenti Vladimir Putin 29 martadək Krımda və Sevastopolda Rusiya Federasiyasının idarəetmə orqanlarının yaradılmasını göstəriş verib.

ANS PRESS-in məlumatına görə, Putun bu tapşırığının yerinə yetirilməsi ilə bağlı bütün nazirliklərə öz göstərişini verib. 

Qeyd edək ki, Putin 18 martda Krımın Rusiya Federasiyasının tərkibinə daxil olması ilə bağlı qanun imzalayıb. Bu tarixdən bəri Krım Rusiyanın tərkib hissəsi hesab edilir və Rusiya Federasiyasının idarəetmə orqanlarının bu ərazidə yaradılması gözlənilən idi. 

Krım vətəndaşlarına yaxın 3 ay ərzində Rusiya pasportlarının verilməsi də nəzərdə tutulub.

Qaynar.info