Xəbər lenti

Putindən Tahir Salahova ən yüksək mükafat - VİDEO
Dünya12:07 07.06.2013

Putindən Tahir Salahova ən yüksək mükafat - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanlı rəssam Tahir Salahov Rusiyanın ən yüksək mükafatı hesab olunan Dövlət Mükafatının laureatı olub. 

Qaynar.info-nun "Qazeta.ru"ya istinadən verdiyi xəbərə görə, Putinin fərmanını Prezident Şurasının Mədəniyyət və İncəsənət Rəyasət Heyətinin üzvü Vladimir Tolstoy elan edib. 

Dövlət Mükafatının dəyəri 5 milyon rubldur. Mükafatlar iyunun 12-də Kremldə təqdim olunacaq.

Qeyd edək ki, Tahir Salahovla bərabər "Mosfilim" Kinostudiyasının baş direktoru, rejissor Karen Şahnazarov, rejissor Serqey Miroşniçenko, Ermitaj muzeyinin direktoru Mixail Piotrovski və yazıçı Valentin Rasputin də eyni mükafata layiq görülüblər.  

Qaynar.info